Bir gəncin manifesti əsərinin müzakirəsi

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir.Məktəbimizin akt zalında 7-ci sinif şagirdləri yazıçı, ədəbiyyatşünas Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi respublika Lenin komsomolu mükafatının fəxri laureatı, filologiya elmləri doktoru, professor Mir Cəlal Əli oğlu Paşayevin “Bir gəncin manifesti” romanını,Göz yaşı romanını müzakirə etdilər.Şagirdlər ilk öncə ədibin həyat və yaradıcılığından söhbət açdılar.Elə insanlar var ki, onların ölüm tarixi də doğum tarixi kimi mənsub olduğu millətin yaddaşına əbədi həkk edilir. Onlar zaman keçdikcə unudulmur, yaddan çıxmır, əksinə, daha böyük sevgi və hörmətlə anılır. Haqqında söhbət açmaq istədiyimiz böyük ədib Mir Cəlal Paşayev də məhz belə insanlardandır.“Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi müəllifinə ədəbiyyat tariximizin səhifələrində əbədiyaşarlıq qazandırmışdır. Şagirdlər “Bir gəncin manifesti” əsərindəki hekayələri səhnələşdirərək nümayiş etdirdilər.Şagirdlər həmin əsərdə Sona xalanının dili ilə deyilən «İtə ataram, yada satmaram» məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu bir daha öz çıxışlarında bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi