Ötən ilin son gecəsi

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir.Məktəbimizin akt zalında 7-ci sinif rus bölməsi Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Republikası Milli Məclisinin deputatı olmuş Anar Rəsul oğlu Rzayevin "Ötən ilin son gecəsi" və Cek Londonun "Belıy Klık" əsərini müzakirə etdilər.Anarın bu əsəri yazmaqda məqsədi nə idi? Bu əsərin əsas ideya və mövzusu,tərbiyəvi əhəmiyyəti müzakirə edildi.Şagirdlər bu əsəri kiçik səhnəciklər şəklində təqdim etdilər.Sonda məktəbin direktoru Tahirə xanım Şükürova uşaqların çıxışları haqqında öz fikrini söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi