Tullantıdan sənətə

Ekoloji aylıqlar çərçivəsində məktəbdə “Tullantıdan incəsənətə” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Aylığın həyata keçirildiyi müddətədə tədbirlərdən biri də ibtidai sinif müəllimi Gülşən Tağıyevanın təşkilatçılığı ilə 3 B sinif şagirdləri ilə birlikdə "İkinci həyat" adı altında tullantılardan istifadə etməklə müxtəlif əl işlərinin yaradılması oldu. Şagirdlərimiz bir-birindən gözəl əl işləri ilə sərgiyə gözəllik qatdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi