Şagirdimizin uğuru

8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın daha da artırılması, fizika elmi üzrə akademik bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri Naqif Nəbiyevin xatisəsinə həsr edilmiş müsabiqənin final mərhələsi təşkil edildi. Final mərhələsi 26.11.2022-ci ildə Bakı şəhəri Fizika,riyaziyyat və informatika təmayüllü liseydə təşkil edildi. Final mərhələsində ümumilikdə 68 nəfər şagird iştirak etdi. Nəticələrə əsasən 8-ci sinif şagirdi Elvin Məcidov bürünc medal qazanıb. İstedadlı şagirdimizi təbrik edir, ona uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi