Anar Rəsul oğlu Rzayevin xatirə roman olan "SİZSİZ" əsərinin müzakirəsi

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir.Məktəbimizin akt zalında 8-ci siniflər Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Republikası Milli Məclisinin deputatı olmuş Anar Rəsul oğlu Rzayevin bütün əsərləri içərisində xatirə roman olan "SİZSİZ" əsərinin müzakirəsi keçirilmişlər. Anarın bu əsəri yazmaqda məqsədi nə idi? Bu əsərin əsas ideya və mövzusu,tərbiyəvi əhəmiyyəti müzakirə edildi.8a və 8b sinfinin əsl söz döyüşü başlanmışdı.Şagirdlərin fəallığı və fikirlərini sərbəst ifadə etmələri birdaha sübut etdi ki, onlarda mütaliəyə maraq xeyli artmışdır.Rəsul Rzanın oğulu Anara verdiyi məsləhətlər, Anarın isə bir övlad kimi özünü doğrultması bu günki nəslə əsl örnək olacaqdır.Şagirdlər Nigar Rəfibəylinin sözlərinə yazılmış Neyləyim mahnısını ifadə etmişlər.Şagirdlər Sizsiz əsərində Azərbaycanın dilbər guşələrinə göz dikmiş ermənilərin o zamanlar da törətdikləri faciələrindən danışmışlar. Şagirdlər məhz o əsərin sayəsində yazıçını və onun ailəsini yaxından tanımışlar.Əsərdə Rəsul Rzanın,Nigar xanım haqda yazılmış həqiqi hekayələr şagirdlər tərəfindən səslənmişdir.Əsərlərdən çıxardıqları nəticələrlə paylaşdılar.Sonda məktəbin direktoru Tahirə xanım Şükürova uşaqların çıxışları haqqında öz fikrini söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi