Uşaqların hüquqları və vəzifələri

Məktəbimizdə "Uşaq hüquqları aylığı" çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbirlər, dəyirmi masalar təşkil olunur. Belə tədbirlərin keçirilməsində əsas məqsəd BMT - nin Uşaq Hüquqları Konvensiyasının ildönümü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işini yaxşılaşdırmaqdır.

Bu tədbirlər silsiləsindən növbəti məktəbin ibtidai sinif müəllimi Sevinc Paşyeva 4 "C" sinif şagirdlərinin iştirakı ilə təşkil etdi. Dəyirmi masa ətrafında keçirilən tədbirdə Məktəbin diektoru Tahirə Şükürova və məktəbin rəhbər işçiləri iştirak etdi. Əvvəlcə tədbirdə şagirdlər öz hüquq və vəzifələrindən danışdılar, maraqlı təqdimatlar etdilər. Daha sonra xarici və Azərbaycan ədəbiyyatından bir neçə əsərdən mövzuya uyğun parçalar səhnələşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi