Narkomaniya ümumbəşəri bəladır

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və zərərli vərdişlərdir. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında bu cür hallar artmağa doğru gedir. Belə ciddi məsələni gündəmə gətirmək məqsədilə bu gün məktəbimizdə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda Nərimanov rayon Polis İdarəsinin rəhbərliyi və nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə Nərimanov RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümov, Şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Vəli Abbasov, Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi polis polkovnik leytenantı Ruslan Hüseynov, RPİ-nin Veteranlar Şurasının sədri ( ehtiyatda olan polis polkovniki ) Ramiz Məmmədov, RPİ-nin Veteranlar şurasının üzvü ( ehtiyatda olan polis polkovniki ) Eyvaz Nurməmmədov, RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Rasim Abbaslı iştirak etdilər. Nərimanov RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümov çıxış edərək bu dəhşətli bəlanın fəsadları haqqında şagirdlərlə söhbət apardı. Daha sonra dünyada tuğyan edən narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş etdirildi. Gələn qonaqlar şagirdlərin suallarını cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi