Param parça illər

Məktəbimizdə 8 noyabr  Zəfər günü münasibətilə tədbir keçirildi. Tədbirdə 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Tahirə Şükürova gələn qonaqları təqdim edərək salamladı. Tədbirin fəxri qonağı olan Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Əzizi dinləyicilərə təqdim etdi. Tahirə xanım çıxışında  Vahid Əzizin bugünkü tədbirdə iştirakının əsl səbəbinin tədbirin yazıçının Qarabağ döyüşlərindən bəhs edən “Param parça illər” əsərinin motivləri əsasında hazırlanması olduğunu bildirdi. Şagirdlər Vahid Əzizin “Param parça” əsərdindən şeirlər söylədilər, mahnı və rəqslər ifa etdilər,kompozisiyalar nümayiş etdirdilər.Tədbirdə ağsaqqallar şurasının Nərimanov rayon şöbəsinin üzvlərindən olan, şəhid Azad Hümbətovun atası Arif Hümbətov və digər üzvlər, bundan başqa qocaman müəllim Vaqif Mehdiyev,publisist- jurnalist,vətənpərvər şairə Mərcan Şahbuzlu, Nərimanov rayon Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov, məktəbimizin şagirdlərindən olan qazi Qorxmaz Sadıqov da iştirak edirdilər. Tədbir ədəbiyyat müəllimi Gülarə Zeynalova tərəfindən 8A və 9C sinif şagirdləri ilə birgə hazırlanmışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi