Balaca yazarımız Hüseyn Əliyev

Məktəbimizin ibtidai sinif müəllimi Sevinc Paşayeva və Könül Əhmədovanın təşkilatçılığı ilə 4 C və 4 Ç sinif şagirdləri “Xalça muzeyi”ndə oldular. Səfərin əsas məqsədi 4 C sinif şagirdi Hüseyn Əliyevin yazdığı "Şuşanın sehirli əjdahası" adlı nağılının motivləri əsasında Azərbaycan Milli Xalça muzeyinin uşaq şöbəsi tərəfindən hazırlanmış tamaşasının təqdimatında iştirak etmək idi. Balaca yazara dəstək olmaq üçün məktəbimizin direktoru Tahirə Şükürova və məktəb yoldaşları tamaşanı izlədilər. Tamaşadan sonra məktəblilər Rumıniyadan UNESCO-nun İrs üçün Bədii Təhsil üzrə eksperti Nikola Zagura tərəfindən təşkil olunmuş "Möcüzəli əjdaha" ustad dərsində iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi