Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar yazıçı-jurnalist Aqil Abbasın “Dolu” əsərinin müzakirəsi

Azərbaycan Respublikası Təhsil Nazirinin Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər planına uyğun olaraq məktəbimizdə 21 aprel 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar yazıçı-jurnalist Aqil Abbasla görüş keçirilmişdir. Görüşü giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açmış, yazıçının məktəblilərlə görüşünün şagirdlər üçün böyük önəm daşıdığını bildirmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar yazıçı-jurnalist Aqil Abbasın “Dolu” əsərinin müzakirəsi keçirilmişdir. IX, X, XI sinfin şagirdləri iştirak etdiyi görüşdə Aqil Abbasın həyatı, fəaliyyəti və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Tədbirdə həmçinin Aqil Abbasın eyni adlı romanının motivləri əsasında özünün ssenariləşdirdiyi “Dolu” filminin nümayişi oldu. Tədbirdə məktəbin 10-cu sinif şagirdi Əzimli Fərid Hafiz oğlunun əsərə ithaf etdiyi poemanı ifadə etdi. Yazıçı şagirdlər tərəfindən verilən sualları cavablandırmışdır. Tahirə xanım bu tipli tədbirlərin uşaqların tərbiyəsinə, dünyagörüşünə, bədii mütaliəsinə müsbət təsir edəcəyini xüsusi olaraq qeyd etmişdir. Məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edib, məktəbin dəvətini qəbul edərək şagirdlərlə görüşə gələn Aqil Abbasa öz təşəkkürünü bildirib. Tədbirdə fəal iştirak edən şagirdlər yazıçının kitabları ilə mükafatlandırılıb.Sonda Aqil Abbas şagirdlərlə birgə xatirə şəkili çəkdirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi