Basketbol idman növü üzrə qələbəmiz

Məktəbli oğlanlar arasında basketbol idman növü üzrə Nərimanov rayon turniri keçirilib

12 oktyabr 2022-ci il tarixində 212 nömrəli tam orta məktəbin idman zalında məktəbli oğlanlar arasında basketbol idman növü üzrə Nərimanov rayon turniri keçirilib.

Turnirdə rayonun 18 məktəb komandası tərkibində 216 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticəсinə görə məktəbimizin oğlanlardan ibarət komandası II yerə layiq görülmüşlər.

Turnirdə I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.

Şagirdlərimizi təbrik edirik uğurlarının davamlı olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi