Şagirdlərimiz kitab sərgisində iştirak etdilər

Məktəbin 9 C sinif şagirdləri sinif rəhbəri Eslanda Tağızadənin təşkilatçılığı ilə "Bakı EKSPO Mərkəzi"ndə keçirilən "Şuşa İli"nə həsr olunmuş kitab sərgisində iştirak etmişlər. Sərgidə çap məhsullarının əksəriyyəti mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilmişdir. Qeyd edək ki, sərginin əsas məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi