Ahıllar günü qeyd edildi

1 oktyabr tarixi bütün dünyada “Beynəlxalq ahıllar günü” kimi qeyd olunur. Ölkəmizdə ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir.

Bu gün məktəbimizin Uşaq Birliyi Rəhbəri Lalə Hüseynovanın təşkilatçılığı ilə 6 "B" sinif şagirdləri "Ahıllar günü" nə həsr olunmuş tədbir keçirdilər. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Tahirə xanım Şükürova şagirdlərə daim böyüklərə və yaşlı nəslə sevgi, qayğı və hörmətlə yanaşmağı tövsiyyə etdi. Uşaqlar da öz növbələrində tədbirə dəvət olunmuş nənə və babaları üçün şeirlər və atalar sözləri söyləyərək onlar üçün hazırladıqları videoroliki təqdim etdilər.

Bütün ahıllarımıza ömür boyu sağlam və hüzurlu bir yaşam arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi