Anım Günü qeyd edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli 27 sentyabr Anım Günü və “7-dən 17-yə vətənpərvər” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, Şəhid baş leytinant Harun Alqayevin atası Məhəmməd Alqayev, məktəbimizin məzunu, Qazi Arif Hacıyev və Qazi Nağı Vəliyev iştirak edirdilər. Şagirdlərin təqdimatından sonra müharibənin canlı şahidləri qazilərimiz çıxış edərək şagirdlərə şahidləri olduqları müharibə epizodlarından söhbət etdilər. Şəhid Harun Alqayevin atası Məhəmməd Alqayev oğlunun keçdiyi şərəfli döyüş yolundan bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi