"Son zəng" - 2022

Bu gün Bakı şəhəri Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə "Məktəbin İllik Fəaliyyət planı" na uyğun olaraq məzunların doğma məktəblə vidalaşması məqsədilə "Son zəng" tədbiri keçirildi. Tədbirdə Bakı şəhəri Təhsil İdarəsinin nümayəndəsi Nicat Bahadurlu, Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvü, sevimli şairimiz Vahid Əziz, I və II Qarabağ müharibəsi qəhrəmanlarından, sağlamlığını Vətən uğrunda qurban vermiş qazimiz Arif Hacıyev və qazi valideynimiz Ağamoğlan Bədəlov, keçmiş məzunumuz məktəbi qızıl medalla itirmiş Kifayət Məmmədli, müəllim və şagird kollektivi ilə yanaşı, valideynləri də iştirak edirdi. Onlar da öz növbələrində çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar və nailiyyətlər arzuladılar.

" Son zəng" tədbiri öz təntənəsi ilə hər kəsin qəlbində xoş təəssüratlarla iz qoydu. Məzunların kövrək, duyğulu anları səmimiyyəti ilə diqqəti cəlb edirdi. Səslənən poeziya buketi, nəğmə çələngi, rəngarəng rəqslər tədbiri yaddaqalan etdi. Məktəbin qələbələrinin müəllifi, maarif fədaisi direktor Tahirə Şükürova öz çıxışında şagirdlərə olan qayğıkeşlıyi ilə hiss və düşüncələrini paylaşdı. O, bir fərdin düzgün formalaşmasında məktəbin rolunu vurğulayaraq məzunları əsl vətəndaş , sağlam gələcək olmağa səslədi. Tahirə Şükürova məktəbin axıcı uğurlarını sadalayaraq şagirdləri-gələcək nəsli ibrət almağa ruhlandırdı. Məktəbimizin məzunu, Səbinə Qasımovanın imtahan nəticələrinin yüksək olması, qızıl medala layiq görülməsi hamımızın topladığı böyük uğurdur. Digər uğurlar səsləndikcə qürur və fəxr hissinə bürünmüş tədbirə unudulmaz anlar bəxş etdi.. Uğurların bol olsun, doğma məktəb!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi