“Xalça muzeyi”nə səyahət

Məktəbimizin 3 "Ç" və 4 "Ç" sinif şagirdlərinin sinif rəhbərləri Könül Əhmədovanın və İradə Mirzəzadənin təşkilatçılığı ilə “Xalça muzeyi”nə ekskursiyası təşkil olundu. Ölkənin müasir tikililərindən birində yerləşən Azərbaycan Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Azərbaycan Xalça Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir.

Muzeyin zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, ziynət əşyaları və soyuq silahlar; çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar; bədii tikmə, parça və kişi, qadın, uşaq milli geyimləri; zərif naxışlı bədii metal məmulatları və s. kimi xalq tətbiqi sənət nümunələri nümayiş etdirilir.

Şagirdlər muzeyin ekspozisiyasında toxuculuğun müxtəlif üsulları, 10-dan artıq toxunma növü ilə əyani tanış oldular

Şagirdlər muzeydə qədim incəsənət növü olan xalça haqqında geniş məlumat topladılar. Gəzinti şagirdlərdə xoş təəsurrat oyatdı. Görkəmli şəxsiyyətlərin ilmələrdə yer tapması onları təəccübləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi