"Vətən sağ olsun!" adlı tədbir keçirildi

     Məktəbimizdə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun anadan olmasının 70 illiyinə həsr olunmuş "Vətən sağ olsun!" adlı tədbir keçirildi. Tədbirdə azərbaycan dili müəllimi Dilarə Cəfərovanın təşkilatçılığı ilə 8 "B" və 5 "B" sinif şagirdlərinin təqdimatında qəhrəmanın keçdiyi döyüş yolu haqqında məlumat verildi, həyatını əks etdirən videoçarxlar nümayiş etdirildi.

Gələn qonaqlar çıxış edərək xalq yolunda vətən üçün canini qurban vermiş, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanların döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların həyatını gənclərə nümunə göstərdilər.

    Tədbirdə Nərimanov rayon bələdiyyəsinin sədri Təhmraz Tağıyev, Nərimanov Rayon Yeni Azərbaycan Partiyasının sədri, məktəbimizin məzunu Samir Vəliyev, Kəlbəcər rayonunun Yeni Azərbaycan Partiyasının sədri Həbib Misirov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Dəmir yumruq Alfa-A təşkilatının sədri Ülviyyə Əsədova və üzvləri Nizami Kəlbəcərli, Murov qartali şəhid Fəxri Qəribzadənin anasi Mehparə xanım, Şəhid Qədirxan Qədirovun bacısı İnci Şirvanlı və Milli Qəhrəmanının ailə üzvləri, yaxın qohumları iştirak edirdi.

   Tədbirin sonunda şəhidin ailəsi adından Milli Qəhrəmanın qardaşı, Tibb Universitetinin dosenti, əməkdar həkim Malik Şükürov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

   Sonda məktəbimizin valideyni, rejissor Tofiq Teymuroğlunun Milli Qəhrəmana həsr etdiyi “Ondan məktub var” qisametrajlı filmi nümayiş olundu.

https://www.muallim.edu.az/

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi