“Şuşa Qala”sı ədəbi kompozisiyası mövzusunda tədbir təşkil edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

“Şuşa İli” ilə bağlı əmrinə əsasən məktəbimizdə silsilə tədbirlər keçirilməyə başlanılmışdır. 20.04.2022-ci il tarixində məktəbimizin kitabxanasında coğrafiya müəlliməsi Əhmədova Dilarə 6a sinif şagirdləri ilə birgə Şuşanın 270 illik yubileyinə həsr olunmuş “Şuşa Qala”sı ədəbi kompozisiyası mövzusunda tədbir təşkil edilmişdir. Şagirdlər IV qrupa ayrılaraq Şuşa şəhəri haqqında Şuşanın qədim tarixindən, təbiətindən, coğrafi relyefindən, iqlimindən, iqtisadiyyatından, zəngin mədəni irsinin, ermənilər tərəfindən məhv edilən tarix-mədəniyyət abidələrindən və s. haqqında məlumatlar vermiş və bununla bağlı olaraq əl işlərindən ibarət stend hazırlamışlar.

Həmçinin məktəbin kitabxana müdiri Abdullayeva Zəminə və kitabxanaçı İbrahim-zadə Sevinc tərəfindən Azərbaycan Respublikasının Prezidenti Ulu öndər irsinin layiqli davamçısı İlham Əliyevin Şuşa şəhəri üçün görülən quruculuq abadlıq işlərindən və Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından şagirdlərə məlumatlar vermişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi