18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

Nərimanov rayonu R. Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hüseynova İlhamə tərəfindən 3 "B" sinif şagirdlərinin "İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub.

Ekskursiyada Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Qoşa Qala Qapıları və Qala divarları ilə tanış olan şagirdlərə ümumi məlumat verilib. Onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olublar. Bu abilədərin ilkin təyinatı, memarlıq üslubu izah olunub. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi şagirdlərin xüsusi marağına səbəb olub.

Ekskursiyanın əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarət olub.

Ekskursiyada, həmçinin maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.

Tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində dövlətlərin yaranması ilə qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi