“Beynəlxalq Humanitar hüququn həyatımızda rolu” adlı təlim keçirildi

Bu gün məktəbimizdə “ADA” Universitetinin təşkil etdiyi “Voice of Low” layihəsinin “BSU Team” komandasının üzvləri Səma Qasımova və Pəri Rzayeva “Beynəlxalq Humanitar hüququn həyatımızda rolu” mövzusunda şagirdlərə hüquqi biliklərinin genişləndirilməsi məqsədi ilə təlim keçirdi. Təlimdə “Beynəlxalq Humanitar hüququn” mahiyyəti, günümüzdə baş vermiş hadisələrlə əlaqəsi, həmçinin beynəlxalq hüquqla əlaqəsi haqqında çoxsaylı müzakirələr aparıldı. Daha sonra şagirdlərə öyrəndiklərinin möhkəmləndirilməsi həmçinin hüquqa maraqlarının artırılması məqsədi ilə komanda oyunu keçirildi. Oyun əsnasında “Cenevrə” və “Haaqa” komandalarına hər biri 20 bal dəyərində 5 sual təqdim edildi. Sonda 70 bal toplayaraq qalib gələn “Haaqa” komandasının hər bir üzvünə “Təşəkkürnamə” və məşhur müəlliflərin əsərlərin hədiyyə olaraq təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi