"Xocalı əsrin faciəsidir" adlı seminar təşkil edildi

Bu gün məktəbdə Xocalı faciəsinin ildönümü münasibətilə fəaliyyət planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirildi. İlk dərslər Xocalı faciəsinə həsr edildi. Şagirdlərin əl işləri, rəsmlərdən ibarət sərgi təşkil edildi. İnşa müsabiqəsinin qalibləri müəyyən edildi. Məktəbin akt zalında "Xocalı əsrin faciəsidir" adlı seminar təşkil edildi. Tədbirlərdə Müdafiə Nazirliyinin zabiti kapitan Natiq Baxşıyev də iştirak edirdi. Zabit öz çıxışında erməni terroru, vandalizmi haqqında şagirdlərlə söhbət apardı. Çıxışının sonunda Heydər Əliyev adına Ali Hərbi məktəbi, Naxçıvanski adına hərbi məktəbi təbliğ edərək şagirdlərə 44 günlük Vətən müharibəsində qələbə qazanan əsgərlərimizin məhz bu məktəblərin yetirmələri olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi