Şəhid Sənan Abdullayevin xatirəsi anıldı

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır.

Məktəbimizdə Şəhid Sənan Abdullayevin xatirəsini yad etmək məqsədi ilə 8 "C" sinfində Azərbaycan dili müəllimi Gülarə Zeynalovanın təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirin sonunda 8 "C" sinfinə şəhid Sənan Abdullayevin adı verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi