Xocalı qan yaddaşımızdır

Bu gün məktəbimizdə Xocalı soyqırımının ildönümü ərəfəsində ədəbiyyat müəllimi Dilarə Cəfərovanın 8”B” sinif şagirdləri ilə birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı qətliamının bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu bildirdi. O, şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək sözünü ümummilli lider Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri - insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözləri ilə davam etdirdi. Lakin bu gün Qalib xalqın nümayəndəsi kimi çıxış edərək deyə bilərik ki, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Sonra tədbirdə iştirak edən “Xocalı Soyqırımını Tanıtma” ictima birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu, Xocalı sakini, Vətən müharibəsi şəhidi Ruslan Cəfərovun anası Alimə xanım, Vətən müharibəsi şəhidi Baş Leytinant Harun Alqayevin atası Məhəmməd Alqayev, “Xocalı Soyqırımını Tanıtma” ictima birliyinin üzvü, sabiq döyüşçü İslam Ələkbərovu təqdim edərək sözü şagirdlərə verdi. Tədbirdə şagirdlərin təqdimatında işğaldan əvvəlki Xocalının qədim tarixi haqqında ətraflı məlumat verildi, Xocalı faciəsinin xronikası və statistik məlumatlar səsləndirildi. Şəhid valideynlərinin hər biri çıxış edərək övladlarının keçdiyi döyüş yolundan şagirdlərə danışaraq onların həyatının gələcək nəsillər üçün örnək olduğunu bildirdilər.

“Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb...”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi