Azərbaycanda Hərbi Hava Qüvvələri günü

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri günü qeyd olunur.

1992-ci il Fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub. Məktəbimizin hərbi hazırlıq müəllimi Akif Salahov 10-cu sinifdə dərsini bu mövzuya həsr etdi. Hərbi Hava Qüvvələrinin yaranma tarixi, 44 günlük Vətən müharibəsində onların danılmaz rolu haqqında danışdı, şəhid pilotlarımızın xatirəsi anıldı.

Hərbi Hava Qüvvələri günü münasibəti ilə silahlı qüvvələrimizdə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara aydın fəza arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi