"Mübarizlər diyarı" adlı tədbir keçirdi

   Məktəbimizin ibtidai sinif müəllimi Hüseynova İlhamənin təşkilatçılığı ilə 3 “B” sinif şagirdləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş "Mübarizlər diyarı" adlı tədbir keçirildi.

   Tədbirdə məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak etdilər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirildi.

   Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə Şükürova açaraq, Mübariz İbrahimovun həyat yoluna nəzər salıb, onun qəhramanlığından, düşmənlə döyüşdə göstərdiyi şücaətindən danışıb, gələcək nəsilərə nümunə olan Milli Qəhrəmanımızın şəhidliyin ən uca zirvəsində olduğunu qeyd etdi.

   Daha sonra uşaqlar şəhidlərə həsr olunmuş şeirlər söyləyib, səhnəciklər nümayiş etdirdilər.

   Tədbirdə diqqət ona yönəlib ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş şəhid Mübariz İbrahimovun əziz xatirəsi heç vaxt unudulmayacaq. Bu, böyük qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi