“Qərənfil Şəhid qanı” adlı ədəbi-bədii kompozisiya keçirildi

Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin – günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini dərin hüznlə yad etmək məqsədi ilə faciənin otuz ikinci ildönümü ilə əlaqədar məktəbimizdə fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər təşkil edildi. Bu günkü tədbirlərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, KİV nümayəndələri iştirak edirdi. Mehriban xanım dərslərdə iştirak edərək şagirdlərlə səmimi söhbət apardı. Azərbaycan xalqının apardığı mübarizə tarixinin bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə və zəfərə qovuşdurduğunu şagirdlərin diqqətinə çatdırdı. M.Vəliyeva 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən bəhs edərək Vətəni sevmək, onu qorumaq, baş verən tarixi hadisələri unutmamaq və gələcək nəsillərə ötürmək üçün təhsil sahəsində mühüm işlər görüldüyünü bildirdi. 20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayan idarə müdiri Ermənistanın on illərdir davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqının Vətən Müharibəsi ilə son qoyduğunu dedi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi