Fəxri Fərmanların məktəbdə təqdimetmə mərasimi keçirildi

Bildiririk ki, Təhsil Nazirliyinin dəstəyi ilə STEAM -Azərbaycan layihəsinin təkilatçılığı ilə keçirilən “STEAM Azərbaycan Festivalı 2021”in (SAF - STEAM Azerbaijan Festival) qaliblərinin mükafatlandırılması baş tutmuşdu. Qeyd edək ki, Festivalda regionlardan 91 komandadan 374 iştirakçı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 198 komandadan 598 iştirakçı olmaqla ümumilikdə 298 komandadan 892 iştirakçı qatılıb. Onların arasında məktəbimizin 8 komandası - 8 rəhbər, 16 şagird SAF 2021-in finalında cıxış edərək, "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo junior" kateqoriyaları istiqamətində yarışıblar. "STEAM Open (Makerthon)" kateqoriyasında Respublika üzrə II yerin qalibi "İşıqlı dünya" komandasının üzvləri bacı və qardaş Bədəlli Səkinə və Bədəli Sucəddin Mətanət Səfərovanın rəhbərliyi II yeri qazanaraq, Təhsil Naziri Emin Əmrullayev tərəfindən Fəxri Fərmanla və hədiyyələrlə təltif olunmuşlar.

Bu gün Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevin imzası ilə iştirakçılar üçün təsis edilmiş Fəxri Fərmanların məktəbdə təqdimetmə mərasimi keçirildi. Məktəbin direktoru Tahirə Şükürova Fəxri Fərmanları festifalda iştirak edən komandaların rəhbərlərinə və iştirakçılara, II yerin qalibi "İşıqlı dünya" komandasının rəhbəri Mətanət Səfərovaya və Bədəlli Sucəddinlə Səkinəyə təqdim etdi. Eyni zamanda onu da qeyd edək ki, Bakı Baş Təhsil idarəsi qalib komandanın rəhbəri Mətanət Səfərovanı pul mükafatı ilə mükafatlandırıb.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi