Kəlbəcərin işğalından 22 il ötür

2 aprel məktəbimizdə Kəlbəcər rayonunun işğalının 22-ci ildönümü münasibətilə geniş tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şukürova açıb sözü şagirdlərə verdi.Onlar Kəlbəcərin tarixi keçmişindən bu gününə qədər danışıb şeirlər dedilər.Tədbirdə həm də Silahlı qüvvələrə ictimai nəzarət birliyinin sədri Emin Həsənli,Prezident yanında QHT-yə dəstək şurasının üzvü V.Qədirli," Hərbi and"qəzetinin əməkdaşı T.Əzizov gənclərdə vətənpərvərlik tərbiyəsinin inkişaf etdirmək məqsədilə çıxış edib şagirdlərə ürək sözlərini dedi. Tədbirdə 6-cı sinif şagirdlərindən Cabbarzadə Nəzrin ,Kərimov Murad,Abdullayev Fərid -Kəlbəcərin görkəmli şairləri Şücaət və Bəhman Vətənoğlunun şeirlərindən dedilər.Kəlbəcərin Milli qəhrəmanları Şahlar Şükürov və Sərdar Səfərovun həyatından Səfərov Elnur və Ağasızadə Nəzrin danışmışlar.Aparıcılar: Əliyeva Sevinc,Əliyev Elvin Kəlbəcərin tarixi keçmişindən və işğal günündən bugünə qədər olan vəziyyəti haqqında danışmışlar.Sonda "Kəlbəcər:Təbiətin möcüzəsi" adlı sənədli filmə tamaşa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi