Zəfər tariximizin yaradıcısı

Bu gün məktəbimizdə tarix müəllimi Lalə Abdullayevanın təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 60 illik yubileyi münasibətilə məktəb rəhbərliyinin və 9-10-cu sinif şagirdlərinin iştirakı ilə onun hərtərəfli fəaliyyətinə həsr olunmuş “Zəfər tariximizin yaradıcısı” adlı seminar təşkil edildi. Şagirdlərin hər biri öz çıxışında Cənab İlham Əliyevin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin mütərəqqi dövlətçilik ideyalarını və prinsiplərini həyata keçirərək ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi istiqamətində fəaliyyətini müvəffəqiyyətlə davam etdirdiyindən söhbət açdılar. Azərbaycanda ordu quruculuğunun inkişafını beynəlxalq standartlar səviyyəsinə qaldırılmasında İlham Əliyevin əvəzsiz rolu haqqında, onun sonsuz vətən sevgisi haqqında, siyasi aləmdə nüfuzu haqqında çıxışlar edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi tarix yazan qalib lider adlandırdılar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi