STEAM Azərbaycan Festivalı 2021-in qalibi

Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM -Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in (SAF - STEAM Azerbaijan Festival) keçirildi. Festivala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 350-dən çox VI-XI sinif şagirdlərindən ibarət 130 komanda qatılıb. Şagirdlər festival çərçivəsində nəzərdə tutulan "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior", "Line folower", "3D Cad", "Short movie", "Edu dron", Humanoid robot kateqoriyaları istiqamətində yarışıblar. Əlavə olaraq məktəblilərə Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olmaq, oyunun aktiv iştirakçısına çevrilmək imkanı yaradılıb. Əsas məqsəd keçirildiyi müddət ərzində müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırlması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaratmaqdır.

Festivalda 130 komanda iştirak edib. Onların arasında R.Nəsrəddinov adına 39 №-li məktəbin 8 komandasi - 8 rəhbər, 16 şagird SAF 2021-in finalında cıxış edərək, "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo junior" kateqoriyaları istiqamətində yarışıbrlar. Festivalda iştirak edən komandalarımızın Steam çərçivəsində hazırlanmasında rolu böyük olan müəllimlərimiz Yaqut Hüseynliyə, Zəminə Hüseynovaya, Kifayət Orucovaya təşəkkürümüzü bildiririk.

SAF 2021-in 2-ci günündə qaliblər elan olunub. "STEAM Open (Makerthon)" kateqoriyasında Respublika üzrə II yerin qalibi "İşıqlı dünya" komandasının üzvləri bacı və qardaş Bədəlli Səkinə və Bədəli Sucəddin Mətanət Səfərova rəhbərliyi II yeri qazanaraq, hədiyyələrlə təltif olunmuşlar.

Bu uğur münasibətilə şagirdlərimizi və komandanın rəhbəri Mətanət Səfərovanı təbrik edirik.

Bunda başqa Festivalda iştirak edən VI sinif şagirdimiz Maksud Şabanov Festival çərçivəsində keçirilən lotareya yarışında qalib olaraq Lego və hədiyyələrlə təltif olunub.

Yolunuz açıq, uğularınız davamlı olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi