Abdulla Şaiq - 140

Nərimanov rayon Mərkəzi kitabxanasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının banilərindın Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş "Uşaq ədəbiyyatının sönməz çırağı" adlı tədbir keçirildi. Tədbirdə məktəbimizin 8 "B" sinif şagirdləri və azərbaycan dili müəllimi Dilarə Cəfərova da iştirak edirdi.

Tədbir zamanı yazıçı, şair, tanınmış publisist, milli uşaq ədəbiyyatının sönməz çırağı, ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən ədəblərimizdən olan Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. İllər keçsə də hər zaman sevilən şeirləri uşaqlar tərəfindən səsləndirildi.

Sonda Abdulla Şaiqin "Tıq-Tıq xanım" adlı mənzum nağılı əsasında çəkilmiş eyniadlı animasiya filmi nümayiş etdirildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi