Aşəq Ələsgər-200

Bildiyimiz kimi,2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev sənətkarın 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bir çox təhsil müəssisələrində dahi ustadımıza həsr olunmuş tədbirlərin icrasına başlanmışdır.

R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin 9 "A" sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Köçərli Gülşənin rəhbərliyi ilə ustad-aşığımız, şair A.Ələsgərin 200 illik yubileyi qeyd olundu. Tədbiri giriş sözü ilə Köçərli Gülşən açdı. Aparıcı İbadova Nilgün A.Ələsgərin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra 9 "A" sinif şagirdləri Ə.Yaşar, A.Səid, Ə.Zəhra, Ə.Malik, C.Cəbrayil,

Ş.Nihad, M.Ayselin ifasında A.Ələsgərin dəyişmələri, İ.Nilgün,

Muradlı Aysel, H.Əfsər,

R.Nuranənin ustadın dodaqdəyməz, qoşma, gəraylıları dinlənildi. C.Cəbrayil A.Ələsgərin "Niyə döndü" şeirinə həsr olunmuş mahnını ifa etdi. Tədbirin sonunda məktəbimizin direktoru Tahirə xanım Şükürova çıxış edərək Ali Baş Komandanımızın ədəbiyyata, sözə- sənətə verdiyi qiymət, onun bariz nümunəsi olaraq A.Ələsgərin 200 illik yubileyinin, eləcə də digər ədəbi nümayəndələrin yaracılıq gecələrinin keçirilməsinin əhəmiyyəti haqqında danışdı, öz tövsiyələrini verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi