ZƏFƏRİN MÜBARƏK, EY VƏTƏN!

Artıq bir neçə gündür ki, məktəbimizdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir. Təhsil Nazirliyinin 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq növbəti tədbirimiz "Zəfərin mübarək, ey Vətən!" adlı seminar oldu. Akt zalında təşkil olunan tədbirdə şagirdlər Zəfər Gününə aid şeirlər söyləyib, şəhidlik zirvəsinə ucalan Vətən oğullarını yad etdilər. Müxtəlif siniflərin qələbə münasibətilə hazırladıqları prezentasiyalar nümayiş etdirildi. Məktəbin tarix müəllimi Gülnarə Tanqrıverdiyeva çıxış edərək 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan, Azərbaycan əsgərinin sücaətindən, xalqımızın əzmkarlığından, Ali Baş Komandan İlham Əliyevin seçdiyi düzgün taktiki və döyüş strategiyasından danışdı.

Məktəbin direktoru Tahirə Şükürova bu böyük Zəfərdə mübariz, iradəli Ali Baş Komandanımız İlham Əliyevin və Milli Ordumuzun qəhrəman əsgər və zabitlərinin misilsiz xidmətlərindən danışdı. Şəhidlərimizə rəhmət diləyib, qazilərimizə Ulu Tanrıdan cansağlığı arzuladı.

Bundan başqa ibtidai sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətində toplantı təşkil edildi. Şagirdlər hazırladıqları əl işləri, pankartları nümayiş etdirərək birlikdə “Qarabağ Azərbaycandır!” söyləyərək zəfər sevincini yaşadılar. Sonda sülh rəmzi olan göyərçinləri və şarları havaya buraxdılar. ZƏFƏRİN MÜBARƏK, EY VƏTƏN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi