Zəfər günü və Bayraq günü qeyd edildi.

Məktəbimizin Uşaq birliyi rəhbəri Lalə Hüseynovanın təşkilatçılığı ilə şəhid Azad Bəkirli adına 5”B” sinfində Zəfər günü və Bayraq günü qeyd edildi.

Tədbirdə məktəbin direktoru Tahirə Şükürova, direktor müavinləri, müəllimlər, valideynlər, şagirdlər iştirak edirdi. Öncə Lalə müəllimə hər iki bayram haqqında geniş məlumat verdi. Daha sonra söz şagirdlərə verildi. Şagirdlər Zəfər Gününü tərənnüm edən və şanlı bayrağımıza həsr olunan silsilə şeir, ifalar səsləndirdilər. Sonda çıxış edən məktəbin direktoru Tahirə Şükürova tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edərək ürək sözlərini çatdırdı. Tahirə xanım və şagirdlər sülh rəmzi olan ağ göyərçinləri və bayrağımızın rəngində olan şarları göy səmaya buraxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi