Şəhid Azad Hümbətovun anım günü qeyd edildi

27 sentyabr səhər saatlarında ilk mərmi səsinə oyandıq və bir anlıq qəlbimiz durdu sanki, gözlədiyimiz gün gəldi. Və elə o andan düz 44 gün həyatımızın ritmi dəyişdi. Tariximiz yenidən yazıldı. Həm də qızıl hərflərlə. Həm şəhidinin, həm qazisinin, həm də düşmənlə üz-üzə onların bağrını yaran, səngərdə keşik çəkən igidlərimizi unutmamalıyıq. Nə qədər dünya duracaq, bu xalq yaşayacaq siz də o qədər yaşayacaqsınız vətən oğulları! Hər biri Vətənin daşı olmağı bacaran əsl vətəndaşlar! Gözünüz arxada qalmasın. Siz necə o qədər güclü vətənpərvərlik hissini, qisas hissini daxilinizdə daşıdınız, vaxtı gələndə kükrəyib düşməndən öc aldınız, inanın sizin kimi nəsil yenə yetişəcək. Belə qəhrəmanlardan biri də bu gün 6 "B" sinfində anım günü qeyd edilən Azad Hümbətov oldu. Şagirdlərimiz qəhrəmanın məzarını ziyarət etmiş, ziyarətləri haqqında hazırladıqları prezentasiyanı təqdim etdikdən sonra keçdiyi döyüş yolu, tərcümeyi-halı haqqında danışdılar. Tədbirin sonunda Azad Hümbətovun adı əbədiləşdirilərək 6"B" sinfinə verildi.

Sizləri unutsaq milli kimliyimizi,mənliyimizi unutmuş olarıq.

Sizləri unutsaq tariximizi unutmuş olarıq.

Sizləri unutsaq insanlığı,vicdanı unutmuş olarıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi