Şəhid Samir Sarıyevin anım günü keçirildi

Əsrlər boyu yağı düşmən doğma yurdumuzun torpaqlarına,tükənməyən sərvətlərinə göz dikdi. İgid, qeyrətli oğullarımız sinələrini vətənə sipər edərək 44 gün ərzində mənfur düşmənə meydan oxudu. 30 ilə yaxın müddətdə düşmənin taladığı torpaqları azad etdi. Xarabaya dönmüş məkanlarımızı bu oğullar sayəsində geri qaytardıq. Bu gün 7"A" sinfində ədəbiyyat müəllimi Gülarə Zeynalovanın rəhbərliyi altında belə oğullarımızdan olan şəhid Samir Sarıyevin şəhadətə ucaldığı gün təntənəli şəkildə qeyd edildi. Şagirdlərin ifasında müharibə səhnələrini əks etdirən kompozisiya təqdim edildi, şəhidin həyatı haqqında məlumat verildi. Tədbirdə iştirak edən direktor müavini Könül Rəhimova, müəllimlərdən onların ibtidai sinif müəllimi Sədaqət Məlikova, sinif rəhbəri Mahizər Qurbanova çıxış edərək şəhidlərimizin xatirəsini daima qəlblərində yaşadaraq gələcək nəsillərə çatdırmağı, onları tanıtmağı şagirdlərə tövsiyə etdilər. 7"A" sinfinə şəhid Samir Sarıyevin adı verildi. Tədbirin təşkilatçısı Gülarə Zeynalova bundan sonra uşaqları siniflərinin adlarına layiq olmağı tapşırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi