“Dəmir Yumruğun və Müzəffər Azərbaycan Ordusunun qüdrəti”

    Tədbirlər planına əsasən məktəbimizdə “Dəmir Yumruğun və Müzəffər Azərbaycan Ordusunun qüdrəti” adlı tədbir təşkil edildi. Dövlət himninin səslənməsindən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Sonra çıxış edərək dedi ki, ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirdirərək böyük qələbəyə imza atdı. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı. İndi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, yetirməsə də məğlubdur. Azərbaycan Ordusu öz nəcib xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi.

    Məktəbin tarix müəllimi Lalə Abdullayeva da çıxış edərək zəfər sorağı ilə bütün dünyaya səs salmış Azərbaycan ordusunun məharətindən danışaraq dedi ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

   11-ci sinif şagirdi Bədəlli Səkinə yazdığı esseni təqdim edərək 44 gün ərzində mənfur düşmənə qan udduran Azərbaycan əsgərinin şücaəti haqqında danışdı.

Sonra şagirdlərin ifasında hazırladıqları kompozisiya təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi