"Anım günü" qeyd edildi

   Məktəbimizdə “Anım günü” münasibətilə tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc Rəsulova, “Məktəblinin dostu” layihəsinin koordinatorları Emil Ağayev və Qalib Bəhrəmli, məzunumuz, Vətən müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, Vətən müharibəsi iştirakçısı olan məzunlarımız Həsənli Həsən, qazi Arif Haciyev və digər qonaqlar iştirak edirdi.

    Tədbirdən öncə şagird, müəllim və qonaqların iştirakı ilə məktəbin həyətində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Daha sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun xatirəsi yad edilərək büstləri önünə gül dəstələri qoyuldu. Şəhidlərin şəkilləri önünə çiçəklər qoyuldu. Sonra məktəbdə müəllim və şagird kollektivinin birgə əməyi nəticəsində yaradılmış Vətən müharibəsinə həsr olunmuş “Zəfər Muzeyi”nin açılışı oldu. Rəsmi hissədə açılış mərasimindən və muzeyə baxışdan sonra akt zalında bədii hissə başladı. Saat 12.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Tədbirin bədii hissəsi məktəbin ədədbiyyat müəllimi Dilarə Cəfərovanın Nəriman Həsənzadənin “Qarabağnaməm İlhamdır” poemasının motivləri əsasında hazırladığı ədəbi-bədii kompozisiyalarla davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi