Pedaqoji şuranın növbəti onlayn iclası keçirildi

24.05.2021-ci il tarixdə məktəbin direktoru Tahirə Şükürovanın rəhbərliyi ilə Microsoft Teams platforması üzərindən Pedaqoji şura iclası keçirildi. İclasda məktəb direktoru aşağıda qeyd olunan məsələlərdən danışdı, mahiyyəti üzrə tapşırıq və tövsiyyələr verdi:

1. Mövcud pandemiya şəraitində məktəbdaxili qiymətləndirmənin keçirilməsi barədə;

2. 2020-2021-ci dərs ilində məktəbin ll, lll, lV, V, Vl, Vll, Vlll, IX, X , Xl sinif şagirdlərinin yekun qiymətləndirilmələrinin qrafikinin tərtib edilməsi barədə;

4. Qiymətləndirmənin keçirildiyi dövrdə mövcud şəraitlə bağlı sanitar-gigiyena qaydalarına riayət edilməsi barədə;

5. Məktəb üzrə Summativ qiymətləndirmənin keçirilmə qaydaları, üsul və vasitələri barədə;

6. Summativ qiymətləndirmənin jurnala yazılması, illik və yekun qiymətlərin çıxarılmasına dair tövsiyələr.

Məktəbin direktoru Tahirə Şükürova məlumat verdi ki, 31 may 2021-ci il tarixdə BŞTİ tərəfindən məktəblərdə IV və VIII siniflər üzrə təlim dili, riyaziyyat və xarici dil fənnlərindən sınaq qiymətləndirmə keçirilməsi planlaşdırılır. Sınaq qiymətləndirmənin keçirilməsinin yerinə yetirilməsi üçün komissiya təşkil edildi və nəzarətçilər təyin edildi. Bundan başqa, direktor Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Milli Qiymətləndirmənin 1-11 iyun tarixlərində ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə aparılması barədə məlumat verdi.

Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Təranə Süleymanova mövcud pandemiya şəraitində ümumitəhsil müəssisələrinin II-XI siniflərdə bütün fənnlər üzrə keçiriləcək summativ qiymətləndirmənin keçirilmə texnikası, vaxtı və qaydaları ilə bağlı məlumat verdi.

Qiymətləndirilmənin həyata keçirilməsi qaydalarına uyğun olaraq imtahan nəzarətçiləri təyin edildi və onlara xüsusi tapşırıqlar verildi. Həmin siniflərin sinif rəhbərlərinə xüsusi olaraq tapşırıldı ki, summativ qiymətləndirmə günü şagirdlərin davamiyyətini təşkil etsinlər.

Yuxarıda qeyd olunan məsələlər barədə ətraflı məlumat verən məktəb direktoru 11-ci siniflərin buraxılış imtahan nəticələrini müəllimlərlə müzakirə etdi. Sonda direktor müəllimlərin suallarını cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi