Nizami Gəncəvi - 880

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərindəndir.

Sərəncamla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 mart 2021-ci il tarixli F-56 nömrəli əmrinə əlavə olaraq tədbirlər planı hazırlanmisdir və məktəbimizin azərbaycan dili müəllimi Gülarə Zeynalovanın təşkilatçılığı ilə 7”C” sinif şagirdləri ilə birlikdə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərindən ibarət videodərs hazırladılar. Onlar Nizami Gəncəvinin əsərlərini təhlil etdilər. Məqsəd yetişməkdə olan gənc nəslə Nizami elmini tədris və təbliğ etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi