Zərifə Əliyevanın anım günü

    Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir.

Bu dünyaya insanlara nur paylamaq və xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə şəxsiyyətlərdən biridir.

Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır.

      Bu gün məktəbimizin kimya müəllimi Nəhayət Qasımovanın təşkilatçılığı ilə 8 “B” sinfində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə əlaqədar videodərs keçirilib.

     Videodərsdə məktəbimizin direktoru Tahirə Şükürova da iştirak etdi. Nəhayət müəllimə dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsindən, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatların Azərbaycan tibb elminin parlaq səhifələrinə çevrildiyindən söhbət açaraq şagirdləri məlumatlandırdı. Daha sonra məktəbin direktor Tahirə Şükürova çıxış edərək insanlara nur bəxş edən Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərinin əvəzsiz olduğu qeyd etdi. Cəmiyyətin həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. O öz analıq vəzifəsinin də öhdəsindən də çox gözəl gəlmişdir. Biz, bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu belə bir ailədə məhz İlham Əliyev kimi xalqına, vətəninə bağlı oğul böyüyüb boya-başa çatmışdır. Sonda şagirdlər Zərifə Əliyeva ilə bağlı təqdimatlarla çıxış elədilər, slaydlar təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi