"Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" qeyd edildi

23 aprel bütün dünyada “Kitab günü” kimi qeyd edilir. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. Bu münasibətlə bu gün 7 "A" sinifində ədəbiyyat müəllimi Nəzakət Bayramova seminar təşkil etmişdi. Seminarın mövzusu “Nizami dühasının işığı” idi. Şagirdlər Nizami yaradıcılığı haqqında ətraflı məlumat verərək, oxuduqları əsərlərdən nümunələr söylədilər, onların ideyasını müzakirə etdilər. Nizaminin orizmlərindən sitatlar gətirib, dahi ədibin 880 illiyinə həsr etdikləri slaydları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi