22 aprel - Beynəlxalq Yer kürəsi günüdür

         Bu gün, aprelin 22-si böyük bir bayram, BMT-in himayəsi ilə bizim hamımızın doğma evi – Beynəlxalq Ana-Yer kürəsi günü (International Mother Earth Day) qeyd edilir. Bu bayram 22 aprel 2009-cu ildə BMT-in Baş Assambleyasının 63-cü sessiyasında təsis edilmiş və 2010-cu ildən başlayaraq hər il aprelin 22-si keçirilir. 22 Aprel Ana-Yer kürəsi Günü, yaz bərabərliyi günündə qeyd olunan Yer Günü kimi, planetin bütün yaşayış məskənlərində yaşayan hər bir sakinə bizim böyük ortaq evimizə minnətdarlıq etmək imkanı verir. Bu münasibətlə Məktəbin 6 “Ç” sinif şagirdləri və coğrafiya müəllimi Zəminə Hüseynovanın təşkilatçılığı ilə Yer kürəsi ilə bağlı onlayn dərs təşkil edildi. Zəminə müəllimə Yer kürəsi günü ilə əlaqədar şagirdlərə məlumatlar verdi və müəyyən təqdimatlarla şagirdlərə Yer kürəsi gününə aid slaydlar nümayiş etdirdi. Şagirdlər isə öz növbələrində Beynəlxalq Yer kürəsi gününə həsr olunmuş rəsmlər, şerilər və müxtəlif musiqi alətlərində ifa edərək Yer kürəsinin ad gününü qeyd etmiş oldular. Uşaqlar dərsdə qeyd etdilər ki, bu gün dünyanın hər yerində zəng çalınır və bu zəngin mənasi həmrəylikdir. Bütün Yer kürəsindəki insanların diqqətini Yer kürəsi probllərinə cəlb etməkdir. Uşaqlar belə bir nəticəyə gəldilər ki, bu gün hər kəs Yer kürəsini qorumağı öz Vətənindən, rayonundan, öz yaşadığı küçədən başlamalıdır. Bizə həyat verən Yeri biz özümüz qorumalıyıq.

       Gəlin biz də dünyamızı, Yer kürəmizi, öz yurdumuzu-yuvamızı qorumaqda əlimizdən gələni əsirgəməyək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi