“Yol hərəkəti qaydaları uşaqların gözü ilə”

Bu gün məktəbimizdə “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı onlayn dərs keçirildi. Video dərs ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq təşkil edilib. Dərsin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri, hüquqları, ümumtəhsil məktəblərində təhsil alan uşaq və yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verməkdir. Dərsdə şagirdlər yol nişanları haqqında ətraflı məlumat verdilər. Hazırladıqları video və şəkillər vasitəsilə yol hərəkəti qaydaları haqqında danışdılar. Bu qaydalara həsr olunmuş çizgi filmi nümayiş etdirdilər, mahnılar səsləndirdilər. Sədaqət müəllimə apardığı sorğu vasitəsilə yol hərəkəti qaydalarına aid təlimatlandırıcı dərsdə məqsədinə nail oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi