Nizami yaradıcılığına həsr olunmuş dərslərimiz davam edir

Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncama əsasən hər yerdə olduğu kimi məktəbimizdə də bu istiqamətdə işlərimiz davam edir. Məqsəd şagirdlərə dahi Nizami Gəncəvi sənətinin, irsinin yaxından öyrədilməsi və tanıdılmasından ibarətdir. Dünən məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Köçərlinin 6 "B" sinfində "Nizami Gəncəvinin əsərlərində hökmdar və xalq münasibətləri" mövzusunda təşkil etdiyi ədəbiyyat dərsi bu məqsədi daşıyırdı.

Dərsdə müəllimə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğunu bildirərək qüdrətli söz sahibinin yaradıcılığına bütün dünyada böyük maraq olduğunu vurğuladı. Bu baxımdan qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildiyni şagirdlərin diqqətinə çatdırdı. Dərsdə şagirdlər də öz növbəsində dahi Nizaminin əsərlərindən nümunələr gətirərək ədalətli hökmdar obrazlarını müzakirə etdilər və hazırladıqları prezentasiyalarla çıxış etdilər. Nizaminin aforizmlərindən, şeirlərindən nümunələr söylədilər. Dərsin maraqlı tərəflərindən biri bu oldu ki, sonda şagirdlər ədalətli hökmdar mövzusunu müasir dövrümüzlə əlaqələndirərək söylədilər ki, bu günkü dövrümüzdə dinindən, irqindən, sosial təbəqəsindən asılı olmayaraq hər kəsə qayğı ilə yanaşan, xalqını düşünən dövlət başçımız olduğu üçün fəxr edirlər!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi