"Nizami Gəncəvi İli"nə həəsr olunuş seminar

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib.

Kamil insanın formalaşmasında elm, təhsil və biliklərə yiyələnməyin əhəmiyyəti barədə dönə-dönə yazan görkəmli şairimizin dillər əzbəri olan məşhur misralarını xatırlatmaq istərdim: “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”.

Nizami Gəncəvinin əsrlər öncə dediyi bu kəlam zaman ötüb keçsə də, öz aktuallığını qoruyub saxlayır. Əminəm ki, döyüş meydanlarında, intellektual yarışlarda qazandığımız Zəfərlərə elm və təhsil sahəsindəki uğurlarımızla bu il də öz töhfələrimizi verəcəyik. Məktəbimizin azərbaycan dili müəllimi Dilarə Cəfərova tədris etdiyi 7 “B” sinfində Nizami Gəncəvinin poeziyasına həsr olunmuş seminar təşkil etdi. Seminarda “ədalətli hökmdar” obrazının müzakirəsi və əsərlərindən gözəl parçalar səsləndirildi.

Seminarın keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası və dahi Nizami Gəncəvi irsinin dərinliklərinin şagirdlərə öyrədilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi