“Xocalı soyqırımını unutma” adlı müsabiqənin qalibləri

Məktəblilər arasında Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 11-20 fevral 2021-ci il tarixlərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” adlı keçirilmiş onlayn inşa-yazı və rəsm müsabiqələrinə 26 fevral tarixində yekun vurulub. Müsabiqədə iştirak edən şagirdlərimidən 4 “B” sinif şagirdi İbrahim Xəlil rəsm müsabiqəsi üzrə II yeri və Xocalı soyqırımı ilə əlaqədar əl işi hazıladığı üçün I yeri tutaraq fəxri fərmanla təltif edilib, Aysu Qasımova inşa –yazı müsabiqəsi üzrə III yeri, 7 "A" sinif şagirdi Ramal Abışov, Zəhra Ağabalıyeva, Nəzrin Tağıyeva, 4 "B" sinif şagirdi Aişə Əliyeva isə müsabiqəsində fərqləndiyinə görə fəxri fərmanla təltif olunublar. Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi