Milli Qəhrəman Rafiq Nəsrəddinovun doğum gününə həsr olunmuş "Vətən mənə oğul dedi"adlı ədəbi-bədii kompozisiyası

Mart ayının 18-si məktəbimizdə Rafiq Nəsrəddinovun doğum gününə həsr olunmuş "Vətən mənə oğul dedi" adlı ədəbi-bədii kompozisiyası keçirildi.Tədbirdə ilk olaraq məktəbin direktoru Tahirə xanım Şükürova və məktəb şagirdləri məktəbimizin foyesində yerləşən Milli Qəhrəman Rafiq Nəsrəddinovun büstü önünə əklil və tər qərənfillər qoydular.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.Tədbirdə ilk olaraq sözü məktəbimizin direktoru Tahirə xanım Şükürovaya verildi.Tədbirdə aparıcılar Azərbaycanın Qəhrəmanlıq Səlnaməsinin səhifəsinə iz qoymuş qəhrəmanlarımız: Babək, Cavanşir, Koroğlu,Qaçaq Nəbinin haqqında söz açdılar.Sonra Məktəbimizin 4,5,7,8,11-ci sinif şagirdlərinin ifasında Qarabağ,Azərbaycan, şeirləri, Sarı gəlin rəqsi tədbir iştirakçılarına çatdırmışlar.Məktəbimiz şagirdləri vətənpərvərlik mövzusunda Milli Qəhrəmanımız Rafiq Nəsrəddinova həsr olunan şeirlərlə çıxış etdilər.Rafiq Nəsrəddinovun həyat səhifəsini vərəqləyərək onun haqqında geniş məlumatlar verildi.Tədbirdə Rafiq Nəsrəddinovun qardaşı Mehdi Nəsrəddinov, dayısı Şahbaz Şahbazov , həyat yoldaşı Sevil Nəsrəddinova,qızları Aynur və Nərgiz Nəsrəddinovalar,Bakı Şəhəri üzrəTəhsil İdarəsinin nümayəndəsi Şirindil Əhmədov, Azərbaycan Respublikasının Milli Qəhrəmanları tanıtma ictimai birliyinin sədr müavini Rüzgar Əliyev,Azərbaycan Respublikasının Vətən uğrunda şəhid ailələri və Milli Qəhrəmanlar birliyinin Nərimanov rayonu şöbəsinin sədri Əlirza Mehdiyev, və digər dəyərli qonaqlar iştirak etmişlər.Tədbirdə S.Vurğunun "Ananın öyüdü" əsərindən həmçinin məktəbimizin 10-cu sinif şagirdi Fərid Müslümün Rafiq Nəsrəddinov haqqında yazdığı "Rafiq" adlı poemasından kiçik səhnəciklər göstərildi.Tədbirdə həmçinin Ümummilli liderimiz Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş kliplər nümayiş etdirildi.Tədbirdə Rafiq Nəsrəddinov haqqında kiçik qısa metrajlı film nümayiş etdirildi.Azərbaycan mahnısı və şagirdlərin ifasında yallı rəqsi ilə tədbir başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi