“20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda müsabiqənin qalibləri

09 fevral 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda keçirilmiş onlayn inşa-yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, qaliblər gün ərzində fərqli saatlarda İdarəyə gələrək Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən diplom və medallar ilə təltif edilmişlər. Xatırladırıq ki, məktəbimizdən İsa Əliyev, Kamil İbrahimli, Sədəf və İnci Hacıyevalar, Müjgan Cabbarlı, Fatimə Ellazova, Xədicə Yaqubova həmin tədbirdə iştirak edərək, müxtəlif yerləri qazanmışdılar. Qaliblərimizi təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi