"Qarabağ - bəylərbəylikdən xanlığa doğru" adlı seminar

Bu gün məktəbimizin tarix müəllimi Gülnarə Tanqrıverdiyeva 8 ”Ç” sinfində seminar təşkil etdi. Mövzu "Qarabağ - bəylərbəylikdən xanlığa doğru" idi. Dərs şagirdlərin Qarabağ xanlıları haqqdında ümumi məlumatları ilə başladıqdan sonra videoçarxla davam etdirildi. Nümayiş edilən videotəqdimatın sonunda müəllimə tərəfindən ven diaqramı təqdim edildi və şagirdlər öz fikirlərini diaqram vasitəsi ilə çatdırdılar. Bundan sonra isə işğaldan azad olunan, Qarabağın incisi olan Şuşanın starteji əhəmiyyəti, tarixi, təbiəti haqqında sorğu keçirildi. Şuşanın əhəmiyyətinə aid sual-cavab və onun azad edilməsi haqqında fikirlər söylənildi. 8 “Ç” sinif şagirdi Sabir Baxşıyev və Samirə Qulaməliyevanın Şuşanın azad edilməsinə aid hazırladıqları videotəqdimatı nümayiş etdirdilər. Daha sonra 8 “Ç” sinif şagirdi Məleykə Vəlizadə “Vətənin qəhrəman oğulları” adlı videotəqdimatla çıxış etdi. Şagird bu videotəqdimatda Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstərərək həlak olan, öz yaxın qohumu və onun keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verdi. Şagirdlər belə nəticəyə gəldilər ki, Ali Baş Komandan, Ordu və Xalq, dəmir yumruq kimi birləşib qələbəyə nail oldular. Qeyd olundu ki, bu Qələbə 3 minə qədər şəhidlərin hesabına başa gəlib və bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükütla yad edildi. Video-dərs Vətən müharibəsi ilə əlaqədar yeni təltiflər haqqında şagirdlərin təqdimatı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi